Qaranlıq boğuşur içimdə
gözlərim görüşünə ac
əllərimdə sənsizlik çırpınır
canımda ayrılıq sazağı əsərkən
üşüyürəm
birgə yola düşən gündə
dedin : yollar bizə marqlanır
sordum : nədən belə olur ?
dedin : hər addımda , yolla – yolcu dərinləşır .
.....
nələr oldu bilənmədim
ancaq indi
yolumuza daşlar yağır
dayazlıqlar ; sevgi boylu çeşməmizi bulandırır
hormətlərin çinilərin sındırmadan
cum dərinə ,
sən taysızım !
hasarları yıx fikrindən
ışıqlıqla sevişərkən
düşüncənə kökün salan
qara boyaq qabığını soya – soya
gəl qoynuma duya – duya
yolumuza davam verək
yollar bizə , biz yollara yanamışıq
soylə nədən dayanmışıq
dayanarkən ; da
yanmışıq .
اللريمده سنسيزليك چيرپينير
جانيمدا آيريليق سازاغي اسركن
اوشويورم
بيرگه يولا دوشن گونده
دئدين : يولار ؛ بيزه ماراقلانير
سوردوم نه دن بئله اولور ؟
دئدين: هر آدديمدا ، يوللا - يولجو درينله شير .
....
نه لر اولدو بيلنمه ديم
آنجاق ايندي
يولوموزا داشلار ياغير